Mingəçevir şəhərində 57 yaşlı kişi bıçaqlanıb.

BAKU.WS ”Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Bayraq meydanı ərazisində baş verib.

Belə ki, 1961-ci il təvəllüdlü şəhər sakini Malik Səfər oğlu Məmmədov bıçaqlanmış vəziyyətdə aşkarlanıb və dərhal xəstəxanaya çatdırılıb.

İlkin məlumata əsasən, M.Məmmədov özünə bıçaqla xəsarət yetirdiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ