SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda Cavid Arpadarai adlı şəxsin bağ evindən oğurluq olub.

BAKU.WS "Report"a istinadən məlumat verir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları oğurluqda şübhəli bilinən şəxsi saxlayıb.

Bağ evindən hansı məbləğdə pulun və qiymətli əşyaların oğurlandığı açıqlanmır.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Qeyd edək ki, zərərçəkmiş Cavid Arpadarai Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin atasıdır.

BAKU.WS