SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Aztelekom” rəhbəri Məhəmməd Məmmədovun həbs olunmasıyla bağlı məlumatlar yayılıb.


BAKU.WS
-in məlumatına görə, bəzi kütləvi informasiya vasitələrində bildirilir ki, M. Məmmədov tutduğu vəzifədən azad olunub. Onun MTN ətrafında aparılan istintaq hərəkətlərinin növbəti dalğasında günahlandırılaraq həbs olunduğu deyilirdi.  

Məsələni dəqiqləşdirmək üçün BAKU.WS olaraq birbaşa "Aztelekom” rəhbəri Məhəmməd Məmmədovla əlaqə saxladıq. Qurum rəhbəri BAKU.WS-ə bildirdi ki, haqqında yazılanlar həqiqətə uyğun deyil.

"Mən hazırda iş başındayam. Barəmdə yazılanlar həqiqəti əks etdirmir”, - deyə Məhəmməd Məmmədov bildirib.

Ziya Səccad
BAKU.WS