SİZİN REKLAM BURADA!
055 213 76 73



Fransanda baş verən dəhşətli terror hadisəsindən sonra bir çox məscidləri bağlamağa başlayıblar.

BAKU.WS
-in məlumatına görə, Fransa hökuməti bağlanacaq məscidlərin siyahısını hazırlayıb. Bildirilir ki, həmin məscidlərdə radikal cərəyanların təbliğ etdiyi iddia olunur.

Bundan əvvəl isə Fransanın baş naziri Manuel Vals nifrəti təşviq edən əcnəbi müsəlman din xadimlərinin ölkədən deportasiya olunacağını demişdi.

Fransada terror aktlarına görə, Kanada da məscidi yandırıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Bildirilir ki, məscid baş verər terror aktına etiraz olaraq yandırılıb. Polis hadisə ilə bağlı araşdırma aparır.

Xatırladaq ki, noyabrın 13-də cümə günü gecəsi Fransanın paytaxtı Parisdə yüzlərlə insanın ölümü və yaralanması ilə nəticələnən 6 terror hadisəsi baş vermişdi. Terakt nəticəsində 150-dən çox insan ölmüş, 349 nəfər isə yaralanmışdı.

Faktla bağlı keçirilən əməliyyatlar zamanı 7 terrorçu da məhv edilmişdi. Hadisənin məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü.

Ziya Səccad

BAKU.WS