SİZİN REKLAM BURADA!
055 213 76 73



Lənkəranda 30 yaşlı qadın intihara cəhd edib.

BAKU.WS APA TV-ə istinadən xəbər verir ki, hadisə rayonun Darquba kəndində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü Abbasova Zülfiyyə Qəribəli qızı ailə münaqişəsi zəminində atası evində sirkə turşusu içərək intihar etmək istəyib. O, yaxınları tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və vəziyyəti orta ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, münaqişə Z.Abbasova ilə həyat yoldaşı arasında baş verib. O, əri ilə telefon danışığından sonra məlum hadisəni törədib. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS