VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Yevlax şəhəri ərazisindəki körpüdə xidmət aparan Rayon Mühafizə Polisinin əməkdaşı Tahir Rüstəmov bir nəfər qızı xilas edib.

BAKU.WS DİN-ə istinadən xəbər verir ki, Tahir Rüstəmov Kür çayının sahilində, xidmət apardığı körpüdə ətrafı nəzərdən keçirərkən bir nəfər gənc qızın suya atıldığını görüb. Polis əməkdaşı özünü itirmədən çevik davranaraq gənc qızı sudan təhlükəsiz yerə çıxarıb, onun həyatını xilas edib.

Araşdırmalarla həmin qızın Yevlax rayon sakini B.A. olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS