VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Moskvanın Domodedovo aeroportunda sərnişinlərdən biri Rusiya DİN-in növbətçi hissəsinə müraciət edərək, içində mobil telefon və 22 min rubl məbləğində pulun olduğu çantasının naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

BAKU.WS Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya DİN Nəqliyyat idarəsinin rəsmi saytında məlumat yayılıb.

“Müşahidə kameralarına düşmüş görüntülərin araşdırılmasından sonra aparılan axtarış tədbirləri nəticəsində polis əməkdaşları sözü gedən cinayəti törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək, saxlayıb. Onun vətəninə uçan 45 yaşlı Azərbaycan Respublikası vətəndaşı olduğu məlum olub. Oğurlanmış qiymətli əşya və pullar sahibinə qaytarılıb”, - deyə idarənin məlumatında deyilir.

Fakt üzrə RF CM-nin 158-ci maddəsinin 2-ci hissəsi (qarət) üzrə cinayət işi açılıb. Şübhəli şəxs saxlanılıb. Cinayətlə bağlı araşdırma davam edir.

BAKU.WS