SİZİN REKLAM BURADA!
055 213 76 73



Səbail rayonunda evə elektrik adı ilə daxil olan şəxs oradan 4000 manat oğurlayıb

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumatına görə, Səbail rayonu Xəqani küçəsində yerləşən mənzillərdən birindən oğurluq edilib. Bu barədə zərərçəkən qadın Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə məlumat verərək bildirib ki, evə elektrik adı ilə daxil olan bir nəfər onun başının qarışmasında istifadə edərək mənzildən 4000 manat oğurlayaraq hadisə yerindən qaçıb.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini Rasim Məmmədov saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman evdən oğurladığı pulların bir qismi aşkar olunaraq götürülüb. O, ifadəsində qeyd edilən evdən oğurluq etdiyini etiraf edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKU.WS