SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin Antalya şəhərində, Aksu qəsəbəsində 3 fərqli şəxsə aid su sayğacını oğurladığı iddia edilən azərbaycanlı polis tərəfindən saxlanılıb.

Tutulan şəxs məhkəmənin çıxardığı qərar əsasında həbs olunub.

Mənbənin məlumaına görə, qəsəbənin Güzelyurt məhəlləsində yaşayan H.A.Ö. bağçasının içərisində olan evinin su sayacının sökülərək oğurlanması şikayətilə polisə şikayət edib.

Şikayətdən sonra Aksu polisi oğrunu tutmaq üçün tədbirlər görməyə başlayıb. Polis Düdenbaşı Qazi Bulvarında şübhələnərək saxlanılan Azərbaycan əsilli M.G.-nın üzərindən 4 ədəd su sayğacı tapıb. Araşdırma zamanı sayğacların oğurlanmış olduğu və H.A.Ö., O.G. və S.D. adlı şəxslərə aid olduğu təsdiqlənib.

Şübhəli M.G. törətdiyi 3 oğurluğa görə həbs olunub.

BAKU.WS