VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əvvəllər məhkum olunmuş Bakı şəhər sakinlərindən odlu silah aşkar edilərək götürülüb.

BAKU.WS DİN-in saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayon 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Radik Ələsgərovdan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkarlanıb.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Məmmədovdan da “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.

BAKU.WS