SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Yasamal rayonunda partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı polisə anonim zəng daxil olub.

BAKU.WS-in Lent.az-a istinadən verdiyi məlumata görə, zəng edən şəxs Zivərbəy Əhmədbəyov klüçəsindəki binalardan birinə partlayıcı yerləşdirilməsi ilə bağlı informasiya verib.

Dərhal ərazi üzrə polis bölməsi və müvafiq orqanlar məlumatlandırılıb və qeyd edilən ərazidə axtarış aparılıb.
Axtarış nəticəsində həmin ünvanda partlayıcı qurğu və ya digər təhlükəli əşya tapılmayıb.

İlkin araşdırma nəticəsində anonim zəngin elə Z.Əhmədbəyov küçəsindəki taksafondan edildiyi üzə çıxıb.

Araşdırmalar davam etdirilir.

BAKU.WS