SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Fransanın paytaxtı Parisdə baş verən dəhşətli terror aktı kameralara düşüb. 
 
BAKU.WS-in məlumatına görə, görüntülərdə Parisin "Bataklan" teatrında "Eagles of Death Metal” rok qrupunun konserti zamanı atışma olduğu görünür. "The Guardian"ın yaydığı videoda güllə səsləri eşidilir. Zala daxil olan terrorçuların qətliamı zamanı qrup üzvlərinin reaksiyası da kameralar düşüb. Bu hadisə zamanı 89 insan öldürülüb.

Xatırladaq ki, ötən gün "Wolkswagen Polo" markalı avtomobillə "Bataklan" konsert salonuna gələn 3 terrorist salona daxil olaraq təsadüfi ətrafa atəş açıb. Konsertdəki tamaşaçıların bir hissəsini də girov alan terrorçuların Suriya və İraq əsilli olduğu güman edilir.
 
Paris prokuroru bildirib ki, polisin əməliyyatından sonra terror aktının qarşısı alınıb. Terror hücumu zamanı istifadə edilən "Polo" markalı maşının Belçikaya boşqab daşıdığı məlum olub. Hücumu təşkil edən 3 nəfər Belçikada saxlanılıb. 
 
Parisdə noyabrın 13-də törədilmiş terror aktları nəticəsində ölənlərin sayı 129-a yüksəlib. 99 nəfər yaralılının vəziyyəti ağırdır. Ümumilikdə terror hadisəsi nəticəsində xəsarət alanların sayı 352 olaraq müəyyən olunub.
 
BAKU.WS