SİZİN REKLAM BURADA!
055 213 76 73



Narkoloji Mərkəzdəki yanğında dünyasını dəyişənlərdən Nizami Cavadovun qardaşı Eldəniz Cavadov Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Bürosuna gəlib.

BAKU.WS-in musavat.com-a istinadən verdiyi məlumata görə, Eldəniz Cavadov söyləyib ki, qardaşının meyitinin harada olmasından xəbərsizdir.

O, qardaşının Narkoloi Mərkəzə müalicə üçün 10 gün əvvəl gətirildiyini deyib.

"Norkoloji Mərkəzə getdim. Öyrəndim ki, sağ qalanlar arasında yoxdur. İnternetdən oxuyub bura gəldim. Heç bir məlumat vermirlər"- deyə E.Cavadov bildirib.

Mərhumun 39 yaşı olub. Ailəli olub, iki övladı var imiş.

BAKU.WS