Sürücülərə aid qadağalarla yanaşı, yol polisinin də qadağaları var. Sürücülərə tətbiq olunan yasaqlara polis nəzarət etdiyi halda, yol polisinin pozduğu qanunları kimin izlədiyindən cəmiyyət xəbərsizdir. Məhz buna görə jurnalistlər ara-sıra onların səhvlərini ictimai müzakirəyə çıxarırlar. 


Belə hallardan biri dünən İstiqlaliyyət küçəsində baş verib. BAKU.WS milli.az-a istinadən xəbər verir ki, qayda pozduğuna görə yol polisi tərəfindən saxlanılan xanım sürücü qanun keşikçisinin özünü qanunu pozmağa vadar edib. Yol polisi xanım sürücünü saxlayaraq sənədlərini tələb edir, sürücü isə ona sənəd yox, mobil telefon uzadır. Yol polisi telefonu ondan götürməyərək uzaqlaşsa da, xanım maşından düşərək mobil telefonu israrla polisə verib kiminləsə danışmağa təhrik edir. Yol polisi isə telefonu alıb xanım sürücünün zəng etdiyi şəxslə danışır və sonra telefonu ona qaytarır, heç bir sənədi yoxlamadan onu sərbəst buraxır. 


Həmin mənzərəni əvvəldən-axıradək mobil telefonla çəkmişik. Ümid edirik ki, yol polisi işıqlandırdığımız məsələ ilə bağlı rəsmi mövqeyini açıqlayacaq. 


BAKU.WS

 


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ