SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda avtomobil piyadanı vurub öldürüb.

APA-nın xəbərinə görə, yol-nəqliyyat hadisəsi paytaxtın Yasamal rayonunda qeydə alınıb. N.Nərimanov küçəsi ilə hərəkətdə olan “Niva” markalı avtomobil yol keçən piyadanı vurub. Şəxsiyyəti məlum olmayan piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Bakıda “Niva” markalı avtomobilin vurub öldürdüyü piyadanın şəxsiyyəti müəyyənləşdirilib. Ölən piyada Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğludur.

Hadisə paytaxtın N.Nərimanov küçəsində baş verib.

BAKU.WS hadisəyerində çəkilən görüntünü təqdim edirik: 

Şahin
BAKU.WS