SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Yasamal rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, orta yaşlı kişi piyada keçidindən yolu keçmək istəyərkən "Niva" markalı minik avtomobili tərəfindən vurulub.

Meyit kimliyinin müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Vurulan piyadanın Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğlu olduğu məlum olub.

Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS