Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında püskürmə baş verib.

Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.
Bildirilir ki, Torağay palçıq vulkanı ETSN-nin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. 
Bu günədək vulkan 10 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 1988-ci ildə qeydə alınıb.

Qeyd edək ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

BAKU.WS