SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə ağır qəza baş verib. Qəza nəticəsində ailənin 4 üzvü dünyasını dəyişib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin şimal-şərqində yerləşən Ərzurum şəhərində baş verib.

54 yaşlı İbrahim Aydın idarə etdiyi maşını əks yoldan gələn heyvan yüklü maşına çırpıb.

Qəzada sürücü daxil olmaqla, anası Ayşə Aydın (72), yoldaşı Gülyetər Aydın (49) və oğlu Məhəmməd Aydın (8) dünyasını dəyişib. Yenicə ailə həyatı quran 23 yaşlı qızları Kəvsər Aydın Qara isə ağır yaralanıb.

Məlumata görə, ailə qəzadan əvvəl restoranda yemək yeyiblər. Qızı sonuncu dəfə ailəsi ilə selfi edərək sosial şəbkədə paylaşıb.

İman
BAKU.WS