SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Dünən axşam saatlarında MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun evində və bağında axtarış aparılıb.
 

BAKU.WS-in məlumatına görə, bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Məlumatda bldirilir ki, axtarış A.Çovdarovun oğlunun, kürəkəninin və digər yaxın qohumlarının evlərində və bağlarında da aparılıb.

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov təqsirləndirilən şəxs qismində 4 saat sorğu-sual edilib. Onun, ifadə verəndən sonra, Nərimanov rayonundakı Müvəqqəti Saxlama Məntəqəsinə aparıldığı bildirilir. Sabah A.Çovdarov ifadə vermək üçün yenidən Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Baş İstintaq İdarəsinə aparılacaq. İfadə verəndən sonra ona qarşı rəsmi ittihamın irəli sürüləcəyi gözlənilir.

Ancaq A.Çövdarovun hələlik konkret hansı cinayət üzrə təqsirləndirildiyi və hansı işlə bağlı ifadə verdiyi məlum deyil. 
 
Qeyd edək ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs edilib. Bir müddət öncə vəzifədən azad edilən və bu günə qədər ev dustağı olan Akif Çovdarov bu gün saxlanılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. Məlumata görə, generalın həbsi onlarla MTN zabitinin istintaqa ifadələri əsasında həyata keçirilib.

Hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə isə Akif Çovdarov bu gün Baş Prokurorluq əməkdaşları tərəfindən saxlanılaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılıb. A.Çovdarov hazırda müstəntiqlər tərəfindən dindirilir.

Qeyd edək ki, A.Çovdarov oktyabrın 17-də prezident sərəncamı ilə işdən çıxarılan sabiq MTN rəhbəri Eldar Mahmudovun "sağ əli və kassiri” sayılırdı. Məlumatlara görə, onun MTN-də əsas vəzifəsi iş adamlarını soymaq olub. Rüşvət tələb edilərək təhdid edilən həmin iş adamları da Baş Prokurorluğa və Prezident Administrasiyasına şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını çəkib.

A.Çovdarov Azərbaycanda bir çox jurnalistlərə qarşı cinayətlərdə də ittiham olunur.
 
BAKU.WS