SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Parisdə noyabrın 13-də törədilmiş terror aktları nəticəsində ölənlərin sayı 129-a yüksəlib.
 
BAKU.WS-in məlumatına görə, 99 nəfər yaralılının vəziyyəti ağırdır. Ümumilikdə terror hadisəsi nəticəsində xəsarət alanların sayı 352 olaraq müəyyən olunub. İstintaqı aparan prokuror François Molins hadisədə Kalaşnikov avtomatından və partlayıcılardan istifadə edildiyini açıqlayıb. Onun sözlərinə görə, hücumu təşkil edən 7 terrorçu 3 fərqli qrup halında hərəkət edib və eyni tip bombadan istifadə edib. 
 
 
Terror aktını həyata keçirənlərin şəxsiyyəti ilə əlaqədar də məlumat verən prokuror Molins, terroristlərdən birinin 21 noyabr 1985-ci ildə Fransa doğulduğunu söyləyib. Həmin şəxsin 2004 - 2010-cu illər arasında 10 dəfə məhkum olduğunu, ancaq heç vaxt həbs olunmadığı bildirilib. Digər bir canlı bombanın yanında isə Suriya pasaportunun olduğu məlum olub. 1990-ci il təvəllüdlü bu terroristin Fransız təhlükəsizlik orqanı əməkdaşları tərəfindən tanınmadığına diqqət çəkilib.

Prokuror ilk partlayışa yerli vaxtla 21:20-də Fransa ilə Almaniya milli komandalarının qarşı-qarşıya gəldiyi "Stade de France"ın B keçid məntəqəsində bir canlı bombanın səbəb olduğunu söyləyib. İkinci hücumu Parisin 10-cu bölgəsində qara "Seat" marka avtomobillə gələn terrorçular tərəfindən həyata keçirildiyi aydınlaşıb. Restoranda baş verən terror hücumu 15 insanın ölümünə səbəb olub. François Molins 21:30-da isə bu "Stade de France"ın H keçid məntəqəsindən ikinci canlı bombanın özünü partlatdığını qeyd edib.
 
Paris Prokuroru 21:32-də isə terrorçuların "La Bonne Bier" kafesinə hücum etdiyini bildirib. Molins burada da qara rəngli "Seat" marka maşının görüldüyünü dilə gətirib. 21:36-da isə terrorçuların hədəfində bu səfər Parisin 11-ci bölgəsindəki "La Belle Equipe" restoranının olduğu qeyd edilib. 19 insanın dünyasını dəyişdiyi bu hücumun da yenə qara "Seat" marka avtomobillə gələn teröristlər tərəfindən reallaşdırıldığı açıqlanıb. 

Son olaraq isə 21:40-da qara "Wolkswagen Polo" markalı avtomobillə "Bataclan" konsert salonuna gələn 3 terrorist salona dalaraq təsadüfi ətrafa atəş açıb. Konsertdəki tamaşaçıların bir hissəsini də girov alan terrorçuların Suriya və İraq əsilli olduğu güman edilir. Paris prokuroru bildirib ki, polisin əməliyyatından sonra terror aktının qarşısı alınıb. Terror hücumu zamanı istifadə edilən "Polo" markalı maşının Belçikaya boşqab daşıdığı məlum olub. Hücumu təşkil edən 3 nəfər Belçikada saxlanılıb. 
 
Şahin Həbibov
BAKU.WS