SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Nərimanov rayonu ərazisində yol qəzası baş verib.

APA TV-nin xəbərinə görə, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb.

"Subaru" markalı avtomobil şəhərin mərkəzindən metronun "Koroğlu" stansiyası istiqamətində hərəkət edən zaman qarşıdakı avtomobillərdən biri sürəti azaldıb. Ara məsafəsinin azaldığını görən "Subaru"nun sürücüsü də sürəti azaltmaq məcburiyyətində qalıb.

Ancaq onunla eyni istiqamətdə arxadan gələn "Renault" markalı nəqliyyat vasitəsinin sürücüsü bir anlıq sükana nəzarəti itirib və onun avtomobili zərblə "Subaru"ya çırpılıb.

Yol qəzası nəticəsində xəsarət alan olmayıb. Hadisənin təfərrüatları araşdırılır.

BAKU.WS