SİZİN REKLAM BURADA!
055 213 76 73



Cəlilabadda kütləvi dava olub. BAKU.WS APA-ya istinadən nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Privolnoye kəndində baş verib.

Hələlik məlum olmayan səbəbdən düşən dava zamanı həmin kənd sakini, 39 yaşlı Surac Məhərrəm oğlu Məmmədov və onun qardaşı 33 yaşlı Tural Məhərrəm oğlu Məmmədov döyülüb.

Hər iki şəxs dava zamanı aldığı xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS