SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün daşkəsən rayonunda arvadını qətlə yetirib, hadisə yerindən qaçan şəxs intihar edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Daşkəsən rayonunun Çanaqçı kənd sakini, 1978-ci il təvəllüdlü Qormaz Bağırov Gəncə şəhərinin Məhsəti qəsəbəsində yaşadığı evdə özünü asaraq intihar edib.

Qeyd edək ki, fevralın 25-də Q.Bağırov vətəndaş nikahında yaşadığı, rayonun Əhmədli kənd sakini, 1975-ci il təvəllüdlü Abbasova Mahizər Məhəmməd qızını qətlə yetirərək hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarılan Q.Bağırov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib. 

BAKU.WS