SİZİN REKLAM BURADA!
055 213 76 73



Almaniyanın paytaxtı Berlində azərbaycanlı qadın 28 yaşlı Türkiyə vətəndaşının çarşabını əynindən çıxarmağa çalışıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Almaniya KİV-ləri xəbər yayıb.

Bildirilir ki, hadisə supermarketlərdən birində baş verib.

Berlin polisinin məlumatına görə, 54 yaşlı qadın çarşab geyinən Türkiyə vətəndaşının ünvanına təhqiramiz ifadələr işlədib və ona hücum edib.

Türk qadın zərbələr nəticəsində başından travma alıb. Hücum edən qadın saxlanılıb.

Alman KİV-lərinin yazdığına görə, hücum edən 54 yaşlı qadın Azərbaycan əsillidir.

BAKU.WS