SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Xarici İşlər Nazirliyinin (XİN) təlimatı əsasında Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə törədilmiş terror hücumları nəticəsində həlak olan və ya xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini araşdırır.


BAKU.WS-in məluamtına görə, bu istiqamətdə Fransanın xarici siyasət idarəsi və digər müvafiq dövlət qurumları ilə təmasda olaraq iş aparılır.


nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a bildirib ki, hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarına bu ölkədə elan edilmiş fövqəladə vəziyyət rejiminin tələblərinə riayət etmələri, kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur.


Ziya Səccad

BAKU.WS