SİZİN REKLAM BURADA!
055 213 76 73



Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə ona tənqidi şərh yazan Nura Paşayevanı bağışlayıb. 

BAKU.WS-in məlumatına görə, aparıcı bu barədə şəxsi Instagram hesabında paylaşım edib:

"Məni tanıyanlar bilir ki, mən tənqidi normal qarşılayan biriyəm. Amma tənqid və təhqiri səhv saldınsa, bax o zaman gözüm heç nəyi görmür. Mən 3 gün öncə bir qərar verdim. Özümə və ailəmə təhqir gördümsə, o şəxslərə qarşı hüquq müstəvidə mübarizə aparacam. Artıq bəzilərinə qarşı başlamışam.

Dünəndən o şəxslər məndən üzr istəyir ki, bəs profilimiz oğurlanıb və yazılanlardan xəbərimiz yoxdur. Bilmirəm gülüm yoxsa aglayım. Bu xanım isə deyir ki, bir sözdü də yazdım. İndi də üzr istəyir. Bibisi oğlu və bəzi dost-tanışları xahiş etdi ki, bağışlayın. Mən də səhifəsində bu paylaşımı etdikdən sonra bu qızı bağışlamaq qərarı verdim. 

Qeyd edək ki, aparıcı Nura Paşayeva adlı şəxsin trans olduğunu bildirmişdi. 

Nazim
BAKU.WS