SİZİN REKLAM BURADA!
055 213 76 73



Xaçmaz-Xudat yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır qəza baş verib.

ARB TV xəbər verir ki, Xaçmazın Gödəkli kəndi ərazisində “VAZ 21014” və “VAZ 2106” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində xəsarət alanlar, Xaçmaz rayonu, Mollaoba kənd sakinləri - 28 yaşlı Rəşad Gəncəliyev, 30 yaşlı Firuz Hacımuradov, Asiman İsmayılov, Surəyya Qayınbəyova və Həzi Quliyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Hadisənin səbəbləri araşdırılır.

BAKU.WS