VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiyada Avropa “obşyakı”nın nəzarətçisi Şeyx Həmzət kimi tanınan, Həmzət Qastamirovun cinayətkar klanının Timur adlı çeçen üzvünün öldürülməsi xəbəri təsdiqlənməyib.

BAKU.WS-in məlumatına görə, Həmzət Qastamirova yaxın mənbələr məlumatın yalan olduğunu bildiriblər. Onların sözlərinə görə, Timur sağdır, internetdə yayılan video və fotodakı şəxs o deyil.

Qeyd edək ki, bir nəfər Rusiyada “Mercedes” markalı avtomobilin sükanı arxasında, naməlum şəxslər tərəfindən güllələnib. Həmin şəxsin, bir müddət əvvəl Lotu Qulini təhqir edən Həmzət Qastamirovun cinayətkar klanının Timur adlı üzvü olduğu iddia edilirdi.

Timur yaydığı video müraciətdə Lotu Qulini təhqir edir və açıq şəkildə onun cəzalandırılacağını deyib. Ehtimal edilir ki, məhz bu təhdid dolu ismarıca görə Timur qətlə yetirilib.

BAKU.WS