SİZİN REKLAM BURADA!
055 213 76 73



Gəncə şəhərində nişan üzüyü geri qaytarılan gənc oğlan intihara cəhd edib.

BAKU.WS xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, 1994-cu il təvəllüdlü Gəncə şəhər sakini İbrahim Hüseynzadə canına qəsd məqsədi ilə özünü bıçaqlayıb.

Qarın nahiyəsindən 1 bıçaq yarası alan oğlan Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Əməliyyat olunan kişinin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS