VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Lənkəranda yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Şilavar kəndi ərazisindən keçən hissəsində baş verib.

Motosikletlə "Ford" markalı yük maşınının toqquşması nəticəsində motosikletin sürücüsü, 1980-ci il təvəllüdlü Rizvan Hüseynov xəsarət alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R. Hüseynova ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS