SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda dəhşətli cinayət hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, Binəqədi rayonunda zibil qabında hissələrə bölünmüş qadın meyiti aşkarlanıb.

Hadisə 8-ci mikrorayonda baş verib. Binəqədi rayonu polis idarəsindən verilən məlumata görə, meyit bu gün “Azadlıq 188” ünvanında hündürmərtəbəli binaların yaxınlığındakı zibil qabında tapılıb.

Təxminən 30-35 yaşlarında olan qadının hissələrə bölünmüş bədəni sellafonda zibilliyə atılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalara başlanılıb.

BAKU.WS