SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini, 76 yaşı Koti Lusik Abovyan öz macəralarından danışdı. 
 
BAKU.WS-in məlumatına görə, İcevan şəhər xəstəxanasında müayinə olunan erməni qarı bildirib ki, Azərbaycanda olarkən onu lazım olan hər şeylə təmin ediblər. Lusik Azərbaycan tərəfinin verdiyi yeməkdən imtina etdiyini bildirib. 76 yaşlı qoca səhhətindən şikayət etməyib və hər şeyin qaydasanda olduğunu söyləyib. 

Lusik Abovyan 8 noyabr tarixində dumana düşüb azdığını və bilmədən Azərbaycan tərəfinə keçdiyini bildirib: "Məni qarşılayanda heç kim güllə atmadı", - deyə o qeyd edib. Hazırda Lusikin İcevan şəhər xəstəxanasında müayinəsi davam edir. 
 
Xatırladaq ki, noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini, 1939-cu il təvəllüdlü Koti Lusik Abovyan müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb. Mülki erməni vətəndaşı dünən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb. Təhvilvermə Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə gerçəkləşdirilib.
 
Məlumatda bildirilir ki, BQXK neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq Azərbaycan və Ermənistan hakimiyyət orqanları ilə birgə bu repatriasiyanının keçirilməsinə yardımçı olub. Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri bu qadına baş çəkərkən o, geri dönmək arzusunu bildirib. Təşkilatın nümayəndələri həmçinin onun Ermənistandakı ailə üzvləri ilə də əlaqə saxlayıblar.
 
Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.
 
Şahin Həbibov
BAKU.WS