SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda qatar küləyinin təsiri nəticəsində yıxılan gənc qız ağır xəsarət alıb. 

BAKU.WS "Report"-a istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində Şirvan-Bakı elektrik qatarı hərəkətdə olan zaman dəmiryolunun yaxınlığından keçən 20 yaşlı Qasımova İzarə İlqar qızı qatarın küləyinin təsirindən yıxılıb.

Yaralı kəllə-beyin xəsarəti və çanaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirirlib, vəziyyəti ağırdır.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

BAKU.WS