SİZİN REKLAM BURADA!
055 213 76 73



Tovuz rayonunda azyaşlı uşaq qaynar suda yanıb.

Trend-in məlumatına görə, hadisə rayonun Hunanlar kəndində baş verib. Kənd sakini, 2016-cı il təvəllüdlü Quluzadə Nuray Elman qızı evlərində qaynar su ilə dolu qazana düşüb. Uşaq yanıq xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda uşağın vəziyyəti ağır qiymətləndirilir.

BAKU.WS