SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Suraxanı rayonunda 1 nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib.

BAKU.WS-in "Report"un xəbərinə görə, hadisə Suraxanı qəsəbəsində qeydə alınıb.

1961-ci il təvəllüdlü Səfərov Adil Əli oğlu kafedə yeyib içdikdən sonra tanışı ilə mübahisə edib. Mübahisə zamanı tanışı A.Səfərovu bıçaqlayıb.

Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi araşdırma aparır.

BAKU.WS