VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanın Rusiyadakı səfirliyi təyyarə qəzasında ölən ölkə vətəndaşı Namiq Qəhrəmanovla bağlı məlumat yayıb.

BAKU.WS APA-ya istinadən verdiyi məlumata görə, mərhumun ailə üzvləri cəsədin tanınması üçün Moskvaya gediblər.

"Məlum olduğu kimi, cari ilin 11 fevral tarixində Moskva-Orsk marşrutu üzrə uçuş həyata keçirən “Saratov Hava Yolları”na məxsus An-148 təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan bütün sərnişinlər və heyət üzvləri ölüblər. Rusiya Fövqəladə Hallar Nazirliyinin təqdim etdiyi siyahıya əsasən həyatlarını itirənlər arasında Azərbaycan Respublikasının vətəndaşı Namiq Qəhrəmanov də var. Səfir Polad Bülbüloğlunun göstərişinə əsasən Rusiya Fövqəladə Hallar Nazirliyi ilə dərhal əlaqə saxlanılaraq qəzanın detalları, Namiq Qəhrəmanov haqqında məlumat əldə olunub. Bildiririk ki, səfirlik hadisə baş verən dəqiqədən Rusiyanın Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumları ilə təmasdadır. Həlak olmuş soydaşımızın cəsədinin tanınması məqsədilə yaxın ailə üzvləri Moskva şəhərinə gəliblər. Səfirlik onlarla mütəmadi əlaqə saxlayır və lazımi köməklik göstərməyə hazırdır".

Qeyd edək ki, dünən Rusiya ərazisində baş verən təyyarə qəzasında 71 nəfər ölüb.

BAKU.WS