VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Zaqatalada 4 günün gəlini zəhərlənərək ölüb.

BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, hadisə Suvagil kəndində qeydə alınıb.

Dörd gün əvvəl kəndə gəlin gələn, 1994-cü il təvəllüdlü Naimə Zahid qızı Eminovanın vəziyyəti qəfildən pisləşib, o, xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, N. Eminova xəstəxanada ölüb.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA-nın yerli bürosuna bildirilib ki, N. Eminova xəstəxanaya daxil olarkən ona ilkin olaraq qida zəhərlənməsi diaqnozu qoyulub. Lakin ölümün səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.

Ekspertizanın rəyi açıqlandıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq.

Faktla bağlı Zaqatala rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

BAKU.WS