SİZİN REKLAM BURADA!
055 213 76 73



Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri Kamran İsrafilov dünyasını dəyişib.

Bu barədə BAKU.WS-ə K.İsrafilovun yaxınları məlumat verib. Məlumata görə, aparıcı bu səhər ürək tutmasından sonra dünyasını dəyişib. 

Qeyd edək ki, Kamran İsrafilov İTV-də uşaq və digər verilişlərdə aparıcı olub. O, “Əbədi ezamiyyət” sənədli filmində Ə.Tobçubaşovun obrazını canlandırıb. Kamran İsrafilov, həmçinin yeni yaradılan Uşaq Teatr-Studiyasının rejissoru olub. 2016-cı ildən Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri təyin edilib.

Allah rəhmət etsin!

İman
BAKU.WS