SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gecə Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosu Gürcüstanın Daxili İşlər Nazirliyinə (DİN) istinadla xəbər verir ki, saxlanılan şəxs Mşvidobiani kəndində avtomobil qaçırıb.

DİN əməkdaşları onu “isti izlər”lə saxlayıb. Saxlanılan şəxsin ağır cinayətə görə Azərbaycan dövləti tərəfindən axtarışa verildiyi bildirilir.

Faktla bağlı istintaq aparılır.

BAKU.WS