VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Kiyevdə Çernobıl AES-nin qadağan olunmuş şüalanma zonasına getmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti (UDSX) məlumat yayıb.

Bildirilir ki, 39 yaşlı azərbaycanlı ekstremal UDSX və polis əməkdaşlarının birgə əməliyyat nəticəsində tutulub.

"Xarici ölkə vətəndaşı qanunsuz olaraq Çerobıl AES-nin şüalanma zonasına getmək istəyib", — deyə məlumatda qeyd olunur.

Faktla bağlı Bakı sakini barəsində radiasiya təhlükəsizliyi rejimi tələblərini pozduğuna görə prosessual sənəd tərtib olunub.

Çernobıl AES Ukraynanın paytaxtı Kiyevin 100 kilometr şimalında, Pripyat qəsəbəsinin yaxınlığındakı ağaclıq və bataqlıq bölgədə yerləşir.

BAKU.WS