SİZİN REKLAM BURADA!
055 213 76 73



Beyləqan rayonunun Birinci Şahsevən kəndində doğulan Ayxan İmanov anadangəlmə dilsizdir.

1yaş 4 aylıq olan uşağın dili olmadığı üçün ağzındakı hissiyatları da yoxdur. Bu da onun qidalanmasında problemlərə yol açır.

Valideynlərinin sözlərinə görə, Ayxanın müalicə olunması üçün həkimlərə müraciət etsələr də, xeyri olmayıb. Uşaq daha çox duru yeməklərlə və əmzik vasitəsi ilə qidalanır.

Dili olmadığından danışa bilməyən Ayxan istəklərini ancaq əl-qol hərəkətləri vasitəsi ilə başa sala bilir.

Həkimlər isə bu halın çox nadir anomaliya olduğunu bildirirlər.

Həkimlər bildirirlər ki, əgər bu problemə vaxtında müdaxilə olunmazsa, belə uşaqlarda daha çox ağciyərlə bağlı bir sıra ciddi problemlər ortaya çıxacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS