055 213 76 73
Bakı şəhər Baş Polis İdarəsi ötən gün baş vermiş qətl hadisəsi barədə məlumat yayıb.
İdarədən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 11-də Bakının Qara Qarayev prospektində paytaxt sakini, 1996-cı il təvəllüdlü Elşən Nəsirov şəxsi münasibətlər zəminində əmisi oğlu, 1992-ci il təvəllüdlü Elnur Nəsirovu boğaz nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib və könüllü olaraq Nizami rayon 25-ci Polis Bölməsinə gələrək təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Ziya Səccad
BAKU.WS