SİZİN REKLAM BURADA!
055 213 76 73



Kanadanın gənc baş naziri Castin Trüdonun maşın korteji qəzaya uğrayıb.

BAKU.WS-in məlumatına görə, hadisə ABŞ-ın Kaliforniya ştatında baş verib.

Qəza nəticəsində baş nazir xəsarət almayıb. Məlumata görə, Los Ancelesə yaxın Simi-Velli şəhərində Ronald Reyqan adına kitabxanada nitqlə çıxışını bitirdikdən sonra geri qayıdarkən Toyota markalı avtomobil baş nazirin kortejini müşayiət edən motosikletlə toqquşub.

Motosiklet və avtomobil sürücüləri xəstəxanaya çatdırılıb.

İman
BAKU.WS