VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Göyçayda canavarlar qoyun sürüsünə hücum edib.

BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə rayonun Yekəxana kəndində qeydə alınıb. Kənd sakinləri deyir ki, canavarlar qoyun sürüsü otlaqda olanda hücum edib. Vəhşi heyvanlar sürüdən 4 qoyunu tələf edib,4-nü isə yaralayıb. Yaralı qoyunlar baytar həkimlərin nəzarətinə götürülüb, onlara quduzluğa qarşi iynələr vurulub.

Sakinlər bildirir ki, qış aylarında vəhşi heyvanlar tez-tez kəndlərə hücum edərək təsərrufatda olan qoyunlara və mal-qaraya ziyan vurur.

BAKU.WS