SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Azərbaycan sərhədini keçən Ermənistan vətəndaşına baş çəkib.
 
BAKU.WS-in verdiyi məlumata görə, bu barədə BQXK-ın İrəvan bürosunun ictimaiətlə əlaqələr şöbəsinin rəhbəri Zara Amatunin bildirib. Onun sözlərinə görə, erməni qadına 11 noyabr tarixində, yəni bu gün baş çıkilib.

Xatırladaq ki, noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini, 1939-cu il təvəllüdlü Koti Lusik Abovyan müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, saxlanılan Ermənistan Respublikasının vətəndaşına qarşı beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.

Qısa müddətdə, müvafiq prosedurlar həyata keçirilməklə o, qarşı tərəfə təhvil veriləcək.
 
Şahin Həbibov
BAKU.WS