SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda müşahidə edilən güclü külək 1 nəfərin xəsarət almasına səbəb olub.

BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, Küveytdən olan 1990-ci il təvəllüdlü turist Fəhad Saəd Abdullah Nizami küçəsi ilə gəzişərkən əsən güclü külək nəticəsində başına reklam löhvəsi düşüb.

Nəticədə o, qapalı kəllə-beyin travması alıb. Yaralı "təcili yardım" maşını vasitəsilə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

BAKU.WS