SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçisi Ağdamda faciəvi şəkildə ölüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ağdamın Yüzbaşılı kəndində baş verib.

Yol tikintisində işləyən Goranboy rayonunun Zeyvə kənd sakini, 1969-cu il təvəllüdlü Məmmədov Dadaş Cahiyyəddin oğlu “Shacman” markalı yük maşınının altında qalıb.

Hadisənin sürücünün ehtiyatsızlığından baş verdiyi bildirilir.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

BAKU.WS