SİZİN REKLAM BURADA!
055 213 76 73



Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində maraqlı anlar yaşanıb.

Teleaparıcı bu dəfə apteklərdə çalışan əczaçılarla görüşə gedib. Verilişə müraciət edən Orxan adlı şəxs əczaçının səhvinə görə dostunu az qala itirəcəyini bildirərək, Amil Xəlildən bu məsələni araşdırmasını xahiş edib.

Araşdırmaçı jurnalist sorğu əsasında apteklərə üz tutub. Apteklərdə çalışanlardan "Diplomunuz və yaxud hər hansısa işləməklə bağlı icazəniz varmı?" suallarını verib. Kimisi tələb edilən sənədləri göstərsə də kimisi ya qaçmağı üstün tutdu ya da aparıcını təhqir etməyə başladı. Çəkiliş qrupu ətir satışı ilə məşqul olan şəxsində əczaçı kimi xidmət göstərdiyini lentə ala biliblər. Alıcılarda bu reydi maraqla qarşılayıb. Alıcılardan biri Amil Xəlilə "Mən dəfələrlə sənəd istəmişəm, göstərməyiblər" deyib.

Verilişdən maraqlı anları sizə təqdim edirik.

Qeyd edək ki, veriliş həftə içi hər gün axşam saat 19-55 də Space Tv-də yayımlanır. Bu axşam 1"Olar? Olmaz!" verilişinin 100-cü buraxılış görüşünüzə gələcək. Mütləq izləyin!

BAKU.WS