SİZİN REKLAM BURADA!
055 213 76 73



Gəlin məktub yazaraq evi tərk edib. BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə Göyçayda olub.

Rayon sakini Rüfət Məmmədovun həyat yoldaşı, 29 yaşlı Türkan Lətifova yanvarın 19-də evlərindən çıxaraq geri qayıtmayıb. Gəlinin Qaynanası Firəngiz Məmmədova deyir ki, oğlu Oğuz rayonu Bayan kənd sakini olan Türkan Lətifova ilə ötən il ailə qurublar və evdə heç bir söz-söhbət olmayıb. Türkan evi tərk etməzdən əvvəl həyat yoldaşına zəng edərək evə çagırıb. Ailə başısı evə gələndə onun "Rüfət, səni sevirəm, amma gedirəm" yazılmış məktubunu tapıb.

Türkan Lətifova şəkərli diabet xəstəsi olub. Lakin müalicəsi üçün istifadə etdiyi dərman preparatlarını, şəxsiyyət vəsiqəsini, geyim əşyalarını evdə qoyub.

Araşdırma zamanı məlum olub ki, Türkan Lətifova Oğuz rayonunda yaşayan valideynlərinin də yanına getməyib. Onun bir qadınla avtobusa minərək Bakı istiqamətinə getdiyini görənlər olub.

Rüfət Məmmədov həyat yoldaşının səbəbsiz yerə evdən getməsi və geri qayıtmaması barədə Göyçay Rayon Polis Şöbəsinə məlumat verib. Polis Şöbəsi 4 gün öncə Türkan Lətifovanı itkin düşən şəxs kimi qeydiyyata alıb və onun axtarışına başlanılıb.

BAKU.WS