Şabran rayonunda 27 yaşlı oğlan intihar edib.

"Report"un şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qəndov kəndində baş verib.

Kənd sakini 1991-ci il təvəllüdlü Gündüz Vaqif oğlu Seyidov yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

BAKU.WS